Şəbəkədə statefull və stateless anlayışı

Müəllif : Azər Məlikov

Müasir dövrdə bu iki anlayışdan geniş istifadə olunur.Bu anlayışlar əsas protokollarda istifadə olunur.Bu məqalədə bu anlayışlara toxunmağa çalışacam.

Statesful və Statesless protokollar

Stateful Protokollar istifadəçi(client) serverə sorğu(request) göndərdikdə cavab(response) gözləyir, sorğu(request) qəbul edilmədikdə onu yenidən göndərir. Statesfull protokollar serverdən sessiya məlumatlarını və ya çoxsaylı sorğularda hər bir müştərinin statusunu saxlamağı tələb edir.

Statesful protokollara nümünə olaraq aşağıdakı protokolları gətirmək olar: Telnet, FTP, TCP, və s…

Statesless protokollar serverin cari vəziyyətə əsasən müştəri sorğularına(client requests) cavab (response) verdiyi şəbəkə protokolu növüdür. Statesless protokollar Statesfull protokollardan fərqli olaraq serverdən sessiya məlumatlarını və ya çoxsaylı sorğularda hər bir müştərinin statusunu saxlamağı tələb etmir.

Statesless protokollara nümünə olaraq aşağıdakı protokolları gətirmək olar:

HTTP, UDP, DNS və s…

Last updated